...

Dənizkənarı Bulvar İdarəsi vətəndaşları ticarət obyektlərində süni qiymət artımına aldanmamağa çağırır

Cəmiyyət Materials 7 Sentyabr 2011 13:39 (UTC +04:00)
Azərbaycanda attraksion və karusellərin qiymətlərini bazar tənzimləyir.
Dənizkənarı Bulvar İdarəsi vətəndaşları ticarət obyektlərində süni qiymət artımına aldanmamağa çağırır

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda attraksion və karusellərin qiymətlərini bazar tənzimləyir. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov Bakı bulvarında attraksionların və yeyinti məhsullarının qiymətlərinin baha olmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bununla bağlı vətəndaşlar da idarəyə müraciət edirlər.

"Hər bir kafenin, köşkün qarşısında böyük hərflərlə həm satılan məhsulların adı, həm də qiyməti yazılıb. Kimsə 30 qəpiklik dondurmanı 2 manata alırsa, bu qiymət artımında insan faktoru rol oynayır. Kimsə gəlir götürmək üçün insanları aldadır. Buna qarşı da bizim mübarizə tədbirlərimiz var. Hər bir köşkün, attraksionun qarşısında "qaynar xətt"imiz (480 18 36, 055 282 70 00) var. Vətəndaşlar buraya müraciət edərək öz şikayət və təkliflərini deyə bilərlər", - rəis müavini əlavə edib.

Məcidov bildirib ki, iyunun 1-dən indidəyək 4 dəfə attraksionlardan pulsuz istifadə etməyə imkan verən aksiya keçirilib. Növbəti belə aksiyanın sentyabrın 15-20-də keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti