...

Azərbaycan gimnastları beynəlxalq yarışlarda üç medal qazanıblar

Cəmiyyət Materials 8 Sentyabr 2011 16:32 (UTC +04:00)
Azərbaycan gimnastları Daşkənddə keçirilən Dünya kuboku mərhələsində və "Happy Caravan" beynəlxalq gənclər turnirində üç mükafat qazanıblar.
Azərbaycan gimnastları beynəlxalq yarışlarda üç medal qazanıblar

Azərbaycan, Bakı, 8 sentyabr /Trend/

Azərbaycan gimnastları Daşkənddə keçirilən Dünya kuboku mərhələsində və "Happy Caravan" beynəlxalq gənclər turnirində üç mükafat qazanıblar. Bu barədə cümə axşamı Trend-ə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Səbinə Abbasova, Aelita Xələfova, Anastasiya Prasolova, Ceyla Quliyeva, Stefani Trayanova və Yevgeniya Jidkovadan ibarət ölkənin qrup komandası idmanın müxtəlif növləri üzrə yarışda 3-cü yeri tutaraq hesabat mərhələsində özlərinin ilk medalını qazanıblar.

3 lent və 2 halqa ilə keçirilən final tapşırığında 19-25 sentyabrda Fransanın Monpelye şəhərində keciriləcək Dünya çempionatının iştirakçıları daha yaxşı çıxış edib və bürünc mükafata layiq görülüblər.

Fərdi yarışlarda Aliyə Qarayeva 3 finala çıxaraq özünün ən yüksək göstəricisini lentlə kombinasiyada göstərərək 5-ci yeri tutub. Topla və gürzlərlə digər iki çıxışından sonra o, 8-ci yeri və ümumi cədvəldə 7-ci yeri tutub.

İkinci iştirakçı Zeynəb Cavadlı ayrı-ayrı finallarda iştirak etməyib və təsnifatda 28 idmançı arasında 12-ci yeri tutub.

Gənclərin turnirində Gülsüm Şəfizadə fərqlənib. Halqa ilə tapşırıqda 13 yaşlı bakılı gimnast bürünc medal qazanaraq Azərbaycan komandasının hesabına 3-cü mükafatı gətirib. Topla və gürzlərlə tapşırıqlarda isə müvafiq olaraq 5-ci və 7-ci yerləri tutub.

Xəbər lenti

Xəbər lenti