...

Rəqəmli təhsil resurslarının Azərbaycanda istifadəsi müzakirə olunacaq

Cəmiyyət Materials 9 Sentyabr 2011 14:29 (UTC +04:00)
Rəqəmli təhsil resurslarının bır sıra ölkələrdə, o cümlədən Azərbaycanda istifadə olunması modelləri sentyabrın 15-16-da Kazan şəhərində keçiriləcək "Elektron məktəb-2011" adlı birinci beynəlxalq konfransda müzakirə ediləcək.
Rəqəmli təhsil resurslarının Azərbaycanda istifadəsi müzakirə olunacaq

Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Rəqəmli təhsil resurslarının bır sıra ölkələrdə, o cümlədən Azərbaycanda istifadə olunması modelləri sentyabrın 15-16-da Kazan şəhərində keçiriləcək "Elektron məktəb-2011" adlı birinci beynəlxalq konfransda müzakirə ediləcək.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, Tatarıstanın Təhsil və Elm Nazirliyi və "İntel" korporasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək tədbirdə Azərbaycanın nümayəndə heyəti də iştirak edəcək.

Azərbaycanı Təhsil Nazirliyi Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin Elektron və veb məzmunun inkişafı şöbəsinin müdiri Ayaz Abuşov, "İntel" korporasiyasının təhsil proqramlarının əlaqələndiricisi Teymur Məmmədov, "Microsoft Azerbaijan" şirkətinin təhsil proqramlarının əlaqələndiricisi Emin Axundov, "Ultra" şirkətinin Elektron təhsil şöbəsinin rəhbəri Sərxan Məmmədov təmsil edəcəklər.

Konfransda eləcə də İKT sahəsində müəllimlərin hazırlığının təşkili, təhsilin informasiyalaşdırılması infrastrukturunun inkişafı və onun reallaşdırılmasının ilkin nəticələri də nəzərdən keçiriləcək.

Konfrans 2011-ci ildən Rusiyada ümumi ibtidai təhsilə aid federal dövlət təhsil standartının dəstəklənməsi üçün kompüter texnologiyalarının istifadəsi, təhsilin fərdiləşdirilməsi sahəsində beynəlxalq təcrübə mübadiləsi, həmçinin "1 şagird - 1 kompüter" konsepsiyasının reallaşdırılması kimi məsələləri əhatə edir.

Konfrans çərçivəsində həmçinin yüksək texnologiyalar sahəsində "İT-Park" texnoparkına və Kazan məktəblərinə səfərlər nəzərdə tutulur.

Tədbirdə Azərbaycanın "Elektron məktəb" modeli beynəlxalq səviyyədə təqdim ediləcək.

Konfransda Rusiya, İngiltərə, Argentina, Braziliya, Makedoniya, Meksika, Sinqapur, Ukrayna və s. ölkələrin nümayəndələri iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti