...

Azərbaycan ərazisində hava nisbətən mülayimləşəcək

Cəmiyyət Materials 13 Sentyabr 2011 12:08 (UTC +04:00)
Sabah Azərbaycanda hava şəraiti nisbətən mülayimləşəcək.
Azərbaycan ərazisində hava nisbətən mülayimləşəcək

Azərbaycan, Bakı, 13 sentyabr /Trend/

Sabah Azərbaycanda hava şəraiti nisbətən mülayimləşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən çərşənbə axşamı Trend-ə bildirilib ki, Bakıda və Abşeron yarımadasında sentyabrın 14-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 15-20, gündüz 24-29 dərəcə təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 21-22 dərəcə olacaq.

Azərbaycanın rayonlarında sentyabrın 14-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 25-30, dağlarda gecə 7-12, gündüz 17-22 dərəcə təşkil edəcək.

Yaxın 2 gün ərzində Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti