...

Britaniyalılar insan üzünün ifadəsini oxuyan yalan detektorunu sınaqdan keçirirlər

Cəmiyyət Materials 14 Sentyabr 2011 11:11 (UTC +04:00)
Böyük Britaniyada insanın doğru və ya yalan danışdığını müəyyən etməyə imkan verən detektor yaradılıb. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS BBC telekanalına istinadən xəbər verir.
Britaniyalılar insan üzünün ifadəsini oxuyan yalan detektorunu sınaqdan keçirirlər

Azərbaycan, Bakı, 14 sentyabr /Trend/

Böyük Britaniyada insanın doğru və ya yalan danışdığını müəyyən etməyə imkan verən detektor yaradılıb. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS BBC telekanalına istinadən xəbər verir.

Qurğunun daxilinə videokamera və hərarət sensorları yerləşdirilib. Onların köməyi ilə xüsusi kompyuter proqramı əldə olunan məlumatları təhlil edir. Həmin proqramın vəzifəsi yalan danışan adamların sifətinin ifadəsinin, ilk növbədə gözlərinin hərəkətinin dəyişməsini aşkara çıxarmaqdır.

Hərarət ötürücüləri üzə axan qanın hərəkətinin intensivliyini ölçür ki, bu da artan həyəcandan və ya müəyyən informasiyanı gizlətməkdən xəbər verə bilər.

Məlumata görə, Birləşmiş Krallıqdakı iri hava limanlarının təhlükəsizlik xidmətləri artıq yeniliklə maraqlanırlar.

Londonun "The Daily Telegraph" qəzetinin yazdığına görə, vizual yalan detektorunun dəqiqliyi hazırda 70 faizdir, lakin britaniyalı mütəxəssislər hesab edirlər ki, bu səviyyəni 90 faizədək qaldırmağa qadirdirlər.

Arterial təzyiqin, nəbz və tənəffüsün dinamikasındakı dəyişikliyi qeydə alan müasir poliqraflar - "klassik" detektorların dəqiqliyi də təxminən 70 faiz təşkil edir.

Yeni cihaz, istehsalçıların dedikləri kimi, həqiqətən dəqiq olarsa, onda onun meydana çıxması vəziyyəti kökündən dəyişə bilər. Doğrusu indi də detektorun operatorları heç vaxt istisnasız olaraq cihazın ifadələrinə əsaslanaraq nəticə çıxarmırlar.

Xəbər lenti

Xəbər lenti