...

DSMF sədri İstanbulda Beynəlxalq Sosial Təminat Assosiasiyasının komitə iclasında iştirak edib

Cəmiyyət Materials 14 Sentyabr 2011 12:21 (UTC +04:00)
Türkiyə Respublikasının İstanbul şəhərində Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa Şəbəkəsi Rəhbər Komitəsinin iclası keçirilib
DSMF sədri İstanbulda Beynəlxalq Sosial Təminat Assosiasiyasının komitə iclasında iştirak edib

Azərbaycan, Bakı, 14 sentyabr /Trend/

Türkiyə Respublikasının İstanbul şəhərində Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa Şəbəkəsi Rəhbər Komitəsinin iclası keçirilib. Toplantıda Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Bu barədə DSMF-nin İctimaiyyətlər əlaqə sektoru məlumat yayıb.

İclas zamanı Assosiasiyanın Avropa Şəbəkəsi çərçivəsində 2011-ci ilin aprel və iyun aylarında Stokholm və Bakı şəhərlərində keçirilmiş seminarların nəticələri, Avropa Şəbəkəsinin gələcək planları müzakirə olunub. Müzakirələr zamanı Şəbəkənin 2011-2013-cü illər üzrə iş planına dəyişikliklər olunub. Bundan başqa, Türkiyə Respublikasının və Norveç Krallığının sosial müdafiə qurumlarının BSTA Avropa Şəbəkəsinin Rəhbər Komitəsinə üzv qəbul olunması barədə müzakirələr aparılıb.

2004-cü ilin sentyabrında Azərbaycan BSTA-nın büro üzvü, 2007-ci ildə inkişaf etmiş Avropa ölkələri ilə bir sırada Assosiasiyanın Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin üzvü seçilmişdir və yüksək səviyyədə müvafiq qərarların qəbul edilməsində xüsusi rola malikdir.

Xəbər lenti

Xəbər lenti