...

Süni ət artıq 5-10 ildən sonra təbii ətlə rəqabət apara biləcək

Cəmiyyət Materials 14 Sentyabr 2011 19:59 (UTC +04:00)
Alimlər iddia edirlər ki, artıq bir neçə aydan sonra onlar sınaq şüşəsində ət "yetişdirə biləcəklər" və bu zaman heç bir heyvan bundan ziyan çəkməyəcək.
Süni ət artıq 5-10 ildən sonra təbii ətlə rəqabət apara biləcək

Azərbaycan, Bakı, 14 sentyabr /Trend/

Alimlər iddia edirlər ki, artıq bir neçə aydan sonra onlar sınaq şüşəsində ət "yetişdirə biləcəklər" və bu zaman heç bir heyvan bundan ziyan çəkməyəcək. Trend-in məlumatına görə, onlar laboratoriya şəraitində heyvanların gövdə hüceyrələrindən sintetik əzələlərin yetişdirilməsini öyrəndiklərini iddia edirlər.

Lakin alimlər bu əzələləri qanla necə təmin etməyə nail ola bilməyiblər. Odur ki, ətin bu növü hələlik o qədər də ləzzətli deyil. "Sınaq şüşəsindəki yeməy"in bu növü insanların zövqüncə olacaqmı? O, zərərli deyil ki? Bu barədə "Utra Rossii"nin aparıcısı RTEA-nın Qida ETT-nin direktoru Viktor Tutelyandan soruşub.

Ekspert qeyd edib ki, süni ət təbii ətdən heç nə ilə fərqlənmir: o, elə həmin hüceyrələrdən ibarətdir, yalnız onu faydalı maddələr və mikroelementlərlə qan deyil, həmin hüceyrələrin yetişdirildiyi xüsusi mühit təmin edir.

"Sonradan isə növbəti mərhələ gələ bilər: biz sənaye miqyasında bu şeylərin əldə olunmasını öyrəndikdən daha sonra onlara rəng verə və dad əlavə edə bilərik. İstənilən digər məhsulları da yaratmaq mümkündür", - Tutelyan qeyd edib. O bildirib ki, hazırda istifadəsinə icazə verilən aromatizatorlar və dad gücləndiricilər nə indiki, nə də gələcək nəsillər, ümumilikdə insan orqanizmi üçün heç bir ziyanı yoxdur.

Viktor Tutelyanın fikrincə, bəşəriyyət qida məhsullarının qıtlığına hazırlaşmalıdır və o zaman gövdə hüceyrələrindən yetişdirilən ət fayda verəcək. Lakin hələlik bu məhsulların istehsal texnologiyası çox bahadır. Ona görə də sintetik ət təbii ətlə rəqabət apara bilməz. Lakin 5-10 ildən sonra vəziyyət dəyişə bilər. "Kütləvi istehsalat texnologiyası yaradıldıqdan sonra bu, ucuz başa gələcək və iqtisadi baxımdan sərfəli olacaq", - o deyib.

Lakin dadına görə süni yetişdirilmiş ət təbii ətlə müqayisə oluna biləcəkmi? Viktor Tutelyanın sözlərinə görə, insan hər şeyə öyrəşir. Çünki insanda dada üstünlük vermə hissi uşaqlıqda formalaşır və ola bilər ki, növbəti nəsillər artıq yalnız sintetik ətin dadını tanıyacaqlar.

Xəbər lenti

Xəbər lenti