...

Ədliyyə orqanlarına işə qəbul qaydaları sadələşdirilib

Cəmiyyət Materials 15 Sentyabr 2011 15:54 (UTC +04:00)
Ədliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, ədliyyə orqanlarındakı vakant yerlərə qəbul üçün elan olunmuş sayca 6-cı müsabiqəyə sənəd qəbulunda hüquqşünaslar ilkin mərhələdə yalnız ərizə forması təqdim edəcəklər.
Ədliyyə orqanlarına işə qəbul qaydaları sadələşdirilib

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Ədliyyə orqanlarına işə qəbul qaydaları sadələşdirilib.

Ədliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, ədliyyə orqanlarındakı vakant yerlərə qəbul üçün elan olunmuş sayca 6-cı müsabiqəyə sənəd qəbulunda hüquqşünaslar ilkin mərhələdə yalnız ərizə forması təqdim edəcəklər.

Nazirlikdən bildirilib ki, müsabiqədə iştirak prosedurunu sadələşdirmək məqsədilə hazırkı müsabiqənin birinci mərhələsində - test imtahanında iştirak etmək üçün yalnız müvafiq formada ərizə ilə müraciət etmək kifayətdir.

Ərizənin formasını Ədliyyə Nazirliyindən və nazirliyin internet səhifəsindən götürmək olar.

Test imtahanından uğur qazanmış namizədlərin digər sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər ikinci mərhələyə - söhbətə buraxılacaqlar.

Ədliyyə orqanlarında vakant yerlər icra xidmətində, regional ədliyyə və qeydiyyat şöbələrində, həmçinin digər ədliyyə sahələrindədir.

Xəbər lenti

Xəbər lenti