...

Azərbaycanda Beynəlxalq Sülh Günü qeyd edilib

Cəmiyyət Materials 21 Sentyabr 2011 16:46 (UTC +04:00)
Azərbaycan Gənclər və İdman Nazirliyində sentyabrın 21-də "Sülh aylığı" çərçivəsində Beynəlxalq Sülh Gününə həsr olunmuş konfrans keçirilib.
Azərbaycanda Beynəlxalq Sülh Günü qeyd edilib

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Gənclər və İdman Nazirliyində sentyabrın 21-də "Sülh aylığı" çərçivəsində Beynəlxalq Sülh Gününə həsr olunmuş konfrans keçirilib.

Trend-in məlumatına görə, "Gənclərin vətəndaşlıq tərbiyəsində sülh mədəniyyətinin və insan hüquqlarının təbliğinin rolu" mövzusunda keçirilən konfransda tələbə-gənclər təşkilatlarının, gənclər təşkilatlarının nümayəndələri və fəal gənclər iştirak ediblər.

Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Fərhad Hacıyev tədbirin açılışında qeyd edib ki, dünyada hər kəsin məramı sülh içində yaşamaqdır. O bildirib ki, hər bir münaqişənin sülh yolu ilə həll olunması insanların rifahına müsbət təsir edir. Hacıyev, həmçinin 20 ildən artıq zaman ərzində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal altında saxlandığını və bunun regionda sülhün bərqərar olmasına mane olduğunu deyib.

Konfransda Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov "Cəmiyyətimizdə sülh mədəniyyətinin və insan hüquqlarının təbliğində tələbələrin rolu", Sülh Mədəniyyəti Naminə Gənclər İctimai Birliyinin sədri Ləman Hacızadə "Hər bir cəmiyyətdə sülh mədəniyyətinin formalaşması dünyada sülhün bərqərar olmasının əsas amilidr" mövzusunda çıxış ediblər.

Beynəlxalq Sülh Günü 1982-ci ildən keçirilir və bu gün dünya ölkələrində bir dəqiqəlik sükutla, BMT-nin Nyu-Yorkdakı qərargahında sülh zəngi çalınmaqla qeyd olunur.

Xəbər lenti

Xəbər lenti