...

Azərbaycan Boks Federasiyası sövdələşmə ittihamlarını qəti rədd edir

Cəmiyyət Materials 23 Sentyabr 2011 16:39 (UTC +04:00)
Azərbaycan Boks Federasiyası (ABF) Olimpiya Oyunları-2012-nin nəticələri ilə bağlı Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) sövdələşmə ittihamlarını təkzib edir.
Azərbaycan Boks Federasiyası sövdələşmə ittihamlarını qəti rədd edir

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Boks Federasiyası (ABF) Olimpiya Oyunları-2012-nin nəticələri ilə bağlı Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA) ilə sövdələşmə ittihamlarını təkzib edir.

"Bu ittihamlar ağ yalandır. İdman, boks və olimpiya hərəkatından başı çıxan insanlar belə məlumat yaza bilməzlər", - cümə günü Trend-ə ABF-nin vitse-prezidenti Ağacan Əbiyev deyib.

Onun sözlərinə görə, bu məlumatı yayan adamlar AİBA prezidenti Çinq-Kuo Vu və Azərbaycanın düşmənləridirlər.

"AİBA tərkibində assosiasiyanın rəhbəri Çinq-Kuo Vuya qara yaxmaq istəyənlər var. Bu informasiya assosiasiyanın rəhbərinə olan qərəzli mövqedən irəli gəlir", - Əbiyev deyib.

Onun sözlərinə görə, Azərbaycan böyük olmayan ölkədir, lakin bütün idman tədbirlərini ən yüksək səviyyədə keçirir və bu neqativ informasiyaları Bakının uğuruna həsəd aparan ölkələr, o cümlədən Ermənistan yayır.

Bu məlumatı AİBA prezidenti də təkzib edib. Çinq-Kuo Vu 2012-ci il London Yay Olimpiya Oyunlarının boks turniri nəticələrinin təhrifi üçün azərbaycanlı iş adamı ilə hansısa bir sövdələşmənin olduğuna dair iddiaları "tamamilə absurd" adlandırıb, məlumatı İTAR-TASS yazır.

Onun sözlərinə görə, həvəskar boksda qüvvədə olan qaydalar və hər şeydən əvvəl hakimlik sahəsindəki qanunlar belə hadisələrin qarşısını tamamilə alır.

Xəbər lenti

Xəbər lenti