...

Azərbaycana bu il gələcək turistlərin sayı açıqlanıb

Cəmiyyət Materials 27 Sentyabr 2011 15:00 (UTC +04:00)
Bu ilin sonuna qədər Azərbaycana 2 milyon 100 min nəfər turistin gələcəyi gözlənilir
Azərbaycana bu il gələcək turistlərin sayı açıqlanıb

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Bu ilin sonuna qədər Azərbaycana 2 milyon 100 min nəfər turistin gələcəyi gözlənilir. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı Bakıda keçirilən ümumrespublika daxili turizm konfransında çıxışı zamanı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Onun sözlərinə görə, bu il Azərbaycana gələn turistlərin sayı 1 milyon 600 minə çatıb. Ötən ilə nisbətən Azərbaycana gələn turistlərin sayı 14 faiz artıb.

Nazir qeyd edib ki, növbəti 5 ildə Azərbaycana gələn turistlərin sayının 3 milyona çatdırılması qarşıya məqsəd qoyulub.

"Hazırda 46 turizm obyekti inşa edilir. Bu ilin əvvəlindən indiyədək 22 turizm obyekti təhvil verilib", - Qarayev əlavə edib.

Nazir builki yay turizm mövsümünün nəticələrini də yüksək qiymətləndirib. Onun sözlərinə görə, bu il Azərbaycan vətəndaşları ötən ilə nisbətən daha ucuz qiymətə dincələ biliblər.

Xəbər lenti

Xəbər lenti