...

Azərbaycanda dəmir yolu təsərrüfatının vəziyyəti yoxlanılacaq

Cəmiyyət Materials 29 Sentyabr 2011 11:17 (UTC +04:00)
Oktyabrın 2-də "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin təsərrüfatlarına payız baxışına start veriləcək.
Azərbaycanda dəmir yolu təsərrüfatının vəziyyəti yoxlanılacaq

Azərbaycan, Bakı, 29 sentyabr /Trend/

Oktyabrın 2-də "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin təsərrüfatlarına payız baxışına start veriləcək.

"Azərbaycan Dəmir Yolları" Qaparlı Səhmdar Çəmiyyətinin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, cəmiyyətin sədr müavini Qurban Nəzirovun rəhbərliyi ilə başlayacaq kampaniyada təsərrüfatların və tikililərin saxlanması vəziyyəti, eyni zamanda stansiyalarda, müəssisələrdə, təşkilatlarda hərəkətin təhlükəsizliyinin təmin olunması, ətraf mühitin qorunması və texniki təhlükəsizlik qaydalarına riayət olunması yoxlanılacaq.

Payız baxışı oktyabrın 2-də Böyük-Kəsik stansiyasından başlayacaq, sonrakı hərəkət xətti Böyük-Kəsik-Hacıqabul, Horadiz-Osmanlı, Astara-Şirvan-Ələt, Yalama-Sumqayıt, Ələt-Biləcəri, Abşeron sahəsi, Biləcəri, Bakı-sərnişin, Bakı-yük, Keşlə, H. Z. Tağıyev-çeşidləmə, Güzdək, Xırdalan stansiyaları və dəmir yolunun bütün qolları olmaqla sahə və istiqamətlər üzrə davam edəcək.

Xəbər lenti

Xəbər lenti