...

DİN: Bu il xarici dövlətlərdə gizlənmiş 54 nəfər tutulub

Cəmiyyət Materials 12 Oktyabr 2011 17:48 (UTC +04:00)
Bu ilin 8 ayında daxili işlər orqanları tərəfindən axtarılan 1286, o cümlədən xarici dövlətlərdə gizlənmiş 54 nəfər tutulub.
DİN: Bu il xarici dövlətlərdə gizlənmiş 54 nəfər tutulub

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bu ilin 8 ayında daxili işlər orqanları tərəfindən axtarılan 1286, o cümlədən xarici dövlətlərdə gizlənmiş 54 nəfər tutulub.

Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Daxili İşlər Nazirliyinin kollegiya iclasındakı çıxışında Baş Cinayət-Axtarış İdarəsinin rəis müavini, polis polkovniki Arzu Daşdəmirov bildirib.

O qeyd edib ki, tutulan şəxslərdən 65 nəfəri MDB ölkələrinin hüquq-mühafizə orqanları tərəfindən axtarışda olub.

Onun sözlərinə görə, ağır və xüsusilə ağır cinayətlərə görə axtarılanların 22,1 faizi yaxalanaraq istintaq və məhkəmə orqanlarına təhvil verilib. İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışda olan 54, İnterpola üzv ölkələr tərəfindən axtarılan 25 nəfərin yeri müəyyən edilib.

Cari ilin 8 ayında axtarılan itkin düşmüş şəxslərin 58,9 faizinin yeri müəyyən olunub.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə itkin düşənlərin sayı 4,3 faiz azalıb.
Hesabat dövründə 7 naməlum meyitin şəxsiyyəti müəyyən edilib.

Xəbər lenti

Xəbər lenti