...

Xətai rayon hərbi komissarının sabiq rəis müavininin həbs müddəti uzadılıb

Cəmiyyət Materials 13 Oktyabr 2011 16:53 (UTC +04:00)
Bakının Xətai rayon hərbi komissarının sabiq rəis müavininin həbs müddəti uzadılıb.
Xətai rayon hərbi komissarının sabiq rəis müavininin həbs müddəti uzadılıb

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakının Xətai rayon hərbi komissarının sabiq rəis müavininin həbs müddəti uzadılıb.

Bakı Hərbi Məhkəməsindən cümə axşamı Trend-ə verilən məlumata görə, sabiq müavin, bir müddət komissar əvəzi işləmiş Davud Hüseynov barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmənin qərarı ilə 2 ay müddətinə uzadılıb.

Hüseynov Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma (passiv rüşvətxorluq), 341.1 (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham olunaraq bu ilin iyulunda həbs olunub.

Xatırladaq ki, Respublika Hərbi Prokurorluğu tərəfindən hərbi komissarlıqlarda aparılmış yoxlamalar nəticəsində bir sıra hallarda çağırışçıların hərbi xidmətə çağırışdan əsassız azad edilmələri, onlara hərbi həkim komissiyalarının rəyinə əsasən, qanunsuz möhlət verilməsi və valideynlərindən rüşvət alınması müəyyən edilib.

Bu faktlarla bağlı Bakı şəhərinin Binəqədi, Suraxanı rayon, Sumqayıt şəhər və respublikanın digər rayon hərbi komissarları barəsində CM-nin 311.1 (rüşvət alma (passiv rüşvətxorluq), 313 (vəzifə saxtakarlığı), 341.1 (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə cinayət işləri başlanıb.

Xəbər lenti

Xəbər lenti