...

Əli Həsənov: Bu il Masazır qəsəbəsində məcburi köçkünlər üçün evlər tikiləcək

Cəmiyyət Materials 14 Oktyabr 2011 18:22 (UTC +04:00)
Bu ildən etibarən Masazır qəsəbəsi ərazisində məcburi köçkünlər üçün evlərin tikintisinə balşanacaq.
Əli Həsənov: Bu il Masazır qəsəbəsində məcburi köçkünlər üçün evlər tikiləcək

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir T.Hacıyev/

Bu ildən etibarən Masazır qəsəbəsi ərazisində məcburi köçkünlər üçün evlərin tikintisinə balşanacaq. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə açıqlamasında Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.

Onun sözlərinə görə, tikintinin başlanması üçün texniki şərtlər artıq hazırlanıb və ekspertizaya təqdim olunub. Ekspertizadan keçəndən sonra tikintiyə başlanılacaq. Həsənov deyib ki, orada çox böyük bir infrastruktur yaradılmalıdır.

"Texniki infrastruktur çox böyük vaxt tələb edir. Çünki hazırda həmin ərazidə demək olar ki, heç bir infranstruktur yoxdur", - o vurğulayııb.

Xəbər lenti

Xəbər lenti