Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir T.Cəfərov/
İranlı rejissor Mehdi Borqeyi İranda yaşayan erməni musiqiçinin həyatından bəhs edən "Musiqi ledisi" adlı film çəkəcək. Filmin çəkilişləri İran və Ermənistanda aparılacaq. Bu barədə Trend İranın "Fars" xəbər agentliyinə istinadən məlumat verir.
Məlumata əsasən, film İranda musiqi dərsi deyən yaşlı qadının həyatından bəhs edir. Musiqi müəllimi özünü şagirdlərə həsr edir və ailəsində maddi çətinliklərlə üzləşir. Onu bu çətinliklərdən qurtarmaq üçün şagirdlər Ermənistanda konsert təşkil edir və konsert zamanı maraqlı hadisələr baş verir.
Filmin ssenaristi və rejissoru Mehdi Borqeyidir. Hazırda filmin çəkilişləri üçün hazırlıq işləri gedir.