...

Azərbaycandan Türkiyəyə gedən turistlərin sayı 25 faizdən çox artıb

Cəmiyyət Materials 26 Oktyabr 2011 15:29 (UTC +04:00)
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Türkiyəyə 453 957 nəfər turist gedib.
Azərbaycandan Türkiyəyə gedən turistlərin sayı 25 faizdən çox artıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 26 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Türkiyəyə 453 957 nəfər turist gedib.

Türkiyənin Azərbaycandakı səfirliyindən çərşənbə günü Trend-ə verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,81 faiz çoxdur.

Ötən ilin 9 ayında Türkiyəyə gedən azərbaycanlı turistlərin sayı 360 836 nəfər olub. Turist səfəri ilə bağlı aylar üzrə müqayisədə ən çox axın bu ilin yanvar (ötən ilin yanvarı ilə müqayisədə 54,31 faiz çox), mart (68,28 faiz) və aprel (50,56 faiz) aylarında qeydə alınıb.

Bu da ilk növbədə uzunmüddətli Yeni il və Novruz bayramı tətilləri və martın 18-dən aprelin 26-dək İstanbulda keçirilən "İstanbul alış-veriş festivalı" ilə əlaqədar olub.

Bu ilin yanvar-iyun aylarında Azərbaycandan xarici ölkələrə 1685,6 min nəfər gedib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 293,5 min nəfər (21,1 faiz) çoxdur.

Xəbər lenti

Xəbər lenti