...

Azərbaycanın dövlət rabitə operatoru Bakı üzrə ATS-lərin montaj tutumunu artırıb

Cəmiyyət Materials 31 Oktyabr 2011 13:34 (UTC +04:00)
Doqquz ayın yekunları üzrə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin şəbəkəsinin montaj tutumu 16097 nömrə artırılıb.
Azərbaycanın dövlət rabitə operatoru Bakı üzrə ATS-lərin montaj tutumunu artırıb

Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir H.Vəliyev/

Doqquz ayın yekunları üzrə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin şəbəkəsinin montaj tutumu 16097 nömrə artırılıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi nazirlikdən verilən məlumatda deyilir.

Nazirliyin məlumatına görə, hazırda operatorun şəbəkəsinin ümumi montaj tutumu 724 137 nömrəyə çatıb, "AzEuroTel"-in montaj tutumu nəzərə alınmaqla isə 754 137 ədəd nömrə təşkil edir.

Yanvar-sentyabr ayları ərzində İB tərəfindən şəbəkə üzrə 17 160 cüt yeni xətt tikintiləri inşa edilib və istismara verilib.

Operatorun bütün ATS-ləri elektron formaya keçirilib. Bu gün onların təxminən 60 faizi NGN (Next Generation Network) növbəti nəsil şəbəkəsi bazasında fəaliyyət göstərir.

NGN-in tətbiqi İB-nin prioritet vəzifələrindən biridir. Operator onun köməyi ilə uzunmüddətli perspektivdə yeni xidmətlər seqmentinin artımının saxlanmasına nail olmağa çalışır.

Yeni sistem operatora Bakı əhalisinə ənənəvi rabitə xidmətləri ilə yanaşı, IP-telefoniya, genişzolaqlı internet və IP-TV xidmətləri də göstərməyə imkan verir.

Xəbər lenti

Xəbər lenti