Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir İ.İsabalayeva/
Sabah Azərbaycan ərazisində nisbətən mülayim hava şəraiti hökm sürəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən çərşənbə axşamı Trend-ə bildiriblər ki, Bakıda və Abşeron yarımadasında noyabrın 2-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşama doğru isə havanın tutulacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, axşama doğru şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 8-10, gündüz 12-16 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında noyabrın 2-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 5-10, gündüz 12-17, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 9-14 dərəcə şaxta təşkil edəcək.
Noyabrın 2-də Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, mülayim şimal küləyinin əsəcəyi gözlənilir.
Sabah Azərbaycan ərazisində nisbətən mülayim hava şəraiti hökm sürəcək
Sabah Azərbaycan ərazisində nisbətən mülayim hava şəraiti hökm sürəcək
