...

Bakıda qumar oynayan 8 nəfər saxlanılıb

Cəmiyyət Materials 1 Noyabr 2011 13:04 (UTC +04:00)
Bakıda kafedə rus lotosu oynayan 8 nəfər saxlanılıb.
Bakıda qumar oynayan 8 nəfər saxlanılıb

Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda kafedə rus lotosu oynayan 8 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsi və Qaradağ rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 28-də Lökbatan qəsəbəsi ərazisində Abşeron rayon sakini Naib Hüseynova məxsus kafedə rus lotosu oynayan 8 nəfər saxlanılıb.

Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 309-cu (qumar oyunu) maddəsinə əsasən protokol tərtib olunub.

Xəbər lenti

Xəbər lenti