...

Əli Hüseynli: Azərbaycanda avtoxuliqanlar üçün xüsusi yer ayrılmalıdır

Cəmiyyət Materials 1 Noyabr 2011 17:06 (UTC +04:00)
Azərbaycanda avtoxuliqanlar üçün xüsusi yer hazırlanmalıdır.
Əli Hüseynli: Azərbaycanda avtoxuliqanlar üçün xüsusi yer ayrılmalıdır

Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda avtoxuliqanlar üçün xüsusi yer hazırlanmalıdır. Bu barədə Trend-ə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ölkədə avtoxuliqanlıqla mübarizə ilə bağlı fikirlərini açıqlayarkən deyib.

Onun sözlərinə görə, dünyanın bir çox ölkələrində belə meydanlar, yollar yaradılıb.

"Nə bilmək olar, bəlkə Azərbaycandan da "Formula 1" qalibləri çıxdı?" - Hüseynli deyib.

Avtoxuliqanlığın cinayət əməli kimi Cinayət Məcəlləsinə daxil edilməsi ilə bağlı Nazirlər Kabineti yanında Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası təkliflə qanunverici orqana müraciət edib.

Hazırda qüvvədə olan qanunvericiliyə görə, avtoxuliqanlıq inzibati xəta hesab olunur və bu xətaya görə, avtoxuliqanlıq edən şəxs nəqliyyat vasitələrini idarəetmə hüququ bir ilədək müddətə məhdudlaşdırılmaqla, 400 manatdan 600 manatadək miqdarda cərimə edilir.

Yaxud həmin şəxsə nəqliyyat vasitələrini idarəetmə hüququ bir ilədək müddətə məhdudlaşdırılmaqla, on günədək inzibati həbs tətbiq olunur.

Eyni hərəkətlərin il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarəetmə hüququ bir ildən iki ilədək müddətə məhdudlaşdırılmaqla, 600 manatdan 800 manatadək miqdarda cərimə edilir.

Yaxud da nəqliyyat vasitələrini idarəetmə hüququ bir ildən iki ilədək müddətə məhdudlaşdırılmaqla, on beş günədək inzibati həbs tətbiq olunur.

Xəbər lenti

Xəbər lenti