Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir İ.İsabalayeva/
Sabah Azərbaycan ərazisində hava nisbətən yağmurlu keçəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən çərşənbə günü Trend-ə bildirilib ki, Bakıda və Abşeron yarımadasında noyabrın 3-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən səhər və axşam bəzi yerlərdə az yağışlı olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 6-11, gündüz 12-17 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında noyabrın 3-də hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi şərq rayonlarında az yağıntılı olacağı ehtimalı var. Səhər arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 5-10, gündüz 13-18 dərəcə, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 4-9 dərəcə şaxta təşkil edəcək.