...

Göyçayda ənənəvi "Nar Bayramı" keçiriləcək

Cəmiyyət Materials 3 Noyabr 2011 15:22 (UTC +04:00)
Göyçay şəhər İcra Hakimiyyəti noyabrın 4-də Göyçay rayonunda ənənəvi "Nar Bayramı" təşkil edəcək.
Göyçayda ənənəvi "Nar Bayramı" keçiriləcək

Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir E.Mehdiyev/

Göyçay şəhər İcra Hakimiyyəti noyabrın 4-də Göyçay rayonunda ənənəvi "Nar Bayramı" təşkil edəcək.

"İrəli" İctimai Birliyinin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, tədbir saat 12:00-da Göyçay rayon mərkəzində yerləşən Heydər Əliyev Mərkəzinin qarşısında rəsmi açılış mərasimi ilə başlayacaq.

Yerli və xarici tədbir iştirakçıları nar məhsullarından ibarət sərgilər, nar mövzusunda hazırlanmış bədii kompozisiyalarla tanış olmaq imkanı əldə edəcəklər. Daha sonra qonaqların şərəfinə ziyafət və bayram konserti təşkil olunacaq.

Xəbər lenti

Xəbər lenti