...

Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq istəyən azərbaycanlı gənclər üçün prioritetlər dəyişdiriləcək

Cəmiyyət Materials 14 Noyabr 2011 17:43 (UTC +04:00)
"2007-2015-ci illərdə azərbaycanlı gənclərin xaric ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın növbəti tədris ili üçün əsas prioritetləri texniki, fundamental elmlər olacaq.
Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq istəyən azərbaycanlı gənclər üçün prioritetlər dəyişdiriləcək

Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir İ.İsabalayeva/

"2007-2015-ci illərdə azərbaycanlı gənclərin xaric ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın növbəti tədris ili üçün əsas prioritetləri texniki, fundamental elmlər olacaq. Trend-in məlumatına görə, bu barədə təhsil nazirinin müavini Qulu Novruzov bazar ertəsi jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, növbəti tədris ilində Azərbaycanda daha çox ehtiyac duyulan ixtisaslar üzrə kadr hazırlığı həyata keçiriləcək.

Nazir müavininin sözlərinə görə, iqrisadiyyat, biznes, sosial-humanitar elmlər üzrə bu vaxta qədər xaricə kifayət qədər kadr göndərilib. Buna görə də gələn tədris ilindən bu sahələr prioritetlərə daxil edilməyə bilər.

Novruzov bildirib ki, Azərbaycan Prezidenti yanında Təhsil Komissiyası yaxın günlərdə xaricdə təhsil üçün gələn ilin prioritetlərini elan edəcək.

"Azərbaycan gənclərinin 2007-2015-ci illərdə xaricdə təhsil alması üzrə Dövlət Proqramı" çərçivəsində bu il 400-ə yaxın tələbə təhsil almaq üçün xaricə göndərilib. Bu il proqramın icrası məqsədilə Dövlət Neft Fondundan 15 milyon manat vəsait ayrılıb. 2015-ci ilə qədər 5000-ə yaxın gəncin xaricdə təhsil alması nəzərdə tutulur. Bunun üçün hər il Dövlət Neft Fondundan 10-15 milyon manat vəsaitin ayrılması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti