...

Bu ilin oktyabrında Ekologiya Nazirliyinin "Qaynar xətt"inə daxil olmuş 70 müraciətə baxılıb

Cəmiyyət Materials 15 Noyabr 2011 11:09 (UTC +04:00)
Bu ilin oktyabr ayı ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) "Qaynar xətt"inə daxil olmuş 70 müraciətlə bağlı Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırma aparılaraq qanunamüvafiq tədbirlər görülüb.
Bu ilin oktyabrında Ekologiya Nazirliyinin "Qaynar xətt"inə daxil olmuş 70 müraciətə baxılıb

Azərbaycan, Bakı, 15 oktyabr / Trend müxbir İ.İsabalayeva/

Bu ilin oktyabr ayı ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) "Qaynar xətt"inə daxil olmuş 70 müraciətlə bağlı Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırma aparılaraq qanunamüvafiq tədbirlər görülüb.

Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova çərşənbə axşamı Trend-ə bildirib ki, ağacların kəsilməsi ilə əlaqədar daxil olmuş 12 müraciətlə bağlı araşdırma aparılarkən 4 şikayət üzrə fakt təsdiqlənib və qanunamüvafiq tədbirlər görülüb, 8 müraciət isə öz təsdiqini tapmayıb.

Ağacların aşma təhlükəsinin olması ilə əlaqədar daxil olmuş 49 müraciətlə bağlı yerində baxış keçirilərək təhlükə yaradan ağaclarla bağlı müvafiq rəy və təkliflər verilib.

İbrahimova deyib ki, məişət tullantılarının qalaqlanması, atmosfer havasının çirklənməsi, çirkab suların axıdılması, səs-küylə əlaqədar daxil olmuş 9 müraciətdən 3-ü ilə bağlı qanunamüvafiq tədbirlər görülüb, 6 müraciət isə öz təsdiqini tapmayıb.

Araşdırmalar zamanı daxil olan müraciətlərin əksəriyyətinin şəxsi xarakterli olduğu və fərdi konfliktləri həll etmək məqsədi daşıdığı məlum olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 24 saat fəaliyyət göstərən "Qaynar xətt"i (539-18-63, 538-13-35) vasitəsilə ölkə ərazisində ətraf mühitin mühafizəsi ilə əlaqədar ekoloji tarazlığın qorunması, ekoloji qanun pozmaları və digər ekoloji hallar barədə müraciətlər qəbul edilir.

Xəbər lenti

Xəbər lenti