Azərbaycan, Bakı, 16 noyabr /Trend, müxbir İ.İsabalayeva/
Sabah Azərbaycan ərazisində hava əsasən yağmursuz keçəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən çərşənbə günü Trend-ə bildiriblər ki, Bakıda və Abşeron yarımadasında noyabrın 17-də buludlu hava şəraiti üstünlük təşkil edəcək, axşam və gecə saatlarında yarımadanın bəzi yerlərində az yağışlı olacağı gözlənilir. Gündüz güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 2-5, gündüz 5-9 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında noyabrın 17-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər ayrı-ayrı yerlərdə duman olacağı proqnozlaşdırılır. Lakin gecə və axşam Lənkəran-Astara zonasında yağıntılı olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə şaxta, gündüz 1-5 dərəcə isti olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 18-23 dərəcə şaxta təşkil edəcək.
Sabah Azərbaycan ərazisində hava əsasən yağmursuz keçəcək
Sabah Azərbaycan ərazisində hava əsasən yağmursuz keçəcək
