...

Azərbaycan ombudsmanının təşəbbüsü ilə QİÇS-lə Mübarizə Günü münasibətilə tədbirlər keçirilib

Cəmiyyət Materials 1 Dekabr 2011 19:59 (UTC +04:00)
1 dekabr - QİÇS-lə Beynəlxalq Mübarizə Günü münasibətilə Azərbaycan ombudsmanının təşəbbüsü ilə silsilə tədbirlər keçirilib.
Azərbaycan ombudsmanının təşəbbüsü ilə QİÇS-lə Mübarizə Günü münasibətilə tədbirlər keçirilib

Azərbaycan, Bakı, 1 dekabr /Trend/

1 dekabr - QİÇS-lə Beynəlxalq Mübarizə Günü münasibətilə Azərbaycan ombudsmanının təşəbbüsü ilə silsilə tədbirlər keçirilib.

Ombudsman Aparatının mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə 1 dekabr - Ümumdünya AİDS ilə Mübarizə Günü münasibətilə ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin nəzdindəki Liderlik Məktəbində uşaq və gənclərə ünvanlanan tədbir keçirilib.

Orta və yaşlı insanları özündə birləşdirən ombudsmanın Ahılların resurs mərkəzində də bu qrupdan olan insanları əhatə etməklə, mütəxəssislərin iştirakı ilə silsilə seminarlar davam etdirilib.

Keçirilmiş tədbirlərin əsas məqsədi bu ağrılı problemin bir daha diqqətə çatdırılması, HİV/AİDS-ə yoluxma və bu virusdan qorunmanın yolları, qarşısının alınması üçün preventiv tədbirlər və müalicə barədə iştirakçıların məlumatlandırılması olub.

Tədbirlərin sonunda iştirakçıların AİDS və bu xəstəliyə yoluxmuş insanların hüquqları ilə bağlı sualları ətraflı cavablandırılıb.

Tədbirlərin əsas devizi "Sağlamlığımızı və gələcəyimizi qoruyaq!" olub.

Xəbər lenti

Xəbər lenti