Azərbaycan, Bakı, 8 dekabr /Trend, müxbir E.İsmayılov/
Bakının Nizami rayonu ərazisində qaz təchizatında məhdudiyyətlər olacaq.
Trend-in ARDNŞ-in rəsmi saytına istinadən yaydığı məlumata görə, Qara Qarayev prospektində aparılan yenidənqurma işləri ilə əlaqədar bu gün saat 10:00-dan 18:00-dək "Nizami-ümumi" kollektorundan qidalanan "8-ci kilometr - Əsas" və "8-ci kilometr - Əlavə" qaz kəmərlərində təbii qaz təchizatı dayandırılacaq.
Məlumata görə, işlər aparılan müddətdə Nizami rayonunun 8-ci kilometr yaşayış massivinə təbii qazın verilişində məhdudiyyətlər olacaq.
Bakının Nizami rayonu ərazisində qaz təchizatında məhdudiyyətlər olacaq
Bakının Nizami rayonu ərazisində qaz təchizatında məhdudiyyətlər olacaq
