...

Macarıstanda Azərbaycanın müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş poçt markası və kuponları buraxılıb (FOTO)

Cəmiyyət Materials 12 Dekabr 2011 20:04 (UTC +04:00)
Macarıstan poçtu Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş xatirə poçt markası və poçt kuponları buraxıb.
Macarıstanda Azərbaycanın müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş poçt markası və kuponları buraxılıb (FOTO)

Azərbaycan, Bakı, 12 dekabr /Trend/

Macarıstan poçtu Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş xatirə poçt markası və poçt kuponları buraxıb.

Azərbaycanın Macarıstandakı səfirliyindən bazar ertəsi Trend-ə verilən məlumata görə, səfirliyin təşəbbüsü ilə buraxılan poçt markasında dövlət rəmzlərimizdən - gerb və bayraqdan, eləcə də milli naxışlardan istifadə edilib. Markanın üzərində Azərbaycan və macar dillərində "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü" sözləri yazılıb.

Poçt kuponlarında isə Azərbaycan bayrağının və dövlət gerbinin fonunda Budapeştin diqqətəlayiq tarixi abidələrinin təsviri verilib. Xatirə poçt markası və kuponlar Macarıstan poçtunun kataloquna daxil edilib. Onların filatelistlər arasında yayılması nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti