...

Ailələrdə intim münasibət problemi: İranda boşanmaların əsas səbəbi

Cəmiyyət Materials 21 Dekabr 2011 13:17 (UTC +04:00)
İranın Dövlət Statistika Təşkilatının rəsmi açıqlamasına görə, İranda boşanma hallarının artmasına əsas səbəb ailələrdə intim münasibət problemidir.
Ailələrdə intim münasibət problemi: İranda boşanmaların əsas səbəbi

Azərbaycan, Bakı, 21 dekabr / Trend müxbir T.Cəfərov/

İranın Dövlət Statistika Təşkilatının rəsmi açıqlamasına görə, İranda boşanma hallarının artmasına əsas səbəb ailələrdə intim münasibət problemidir.

Məlumata görə, İranda bu ilin ilk 7 ayı ərzində (İranda il martın 21-də dəyişir) boşanmalar ötən ilin analoji dövrü ilə müqayisədə 10 faiz artıb. Bu barədə Trend İranın Dövlət Statistika Təşkilatının rəsmi saytına istinadən məlumat verir.

Məlumata əsasən, bu ilin ilk 7 ayı ərzində İranda boşananların sayı 79 727 nəfər təşkil edib.

Evlənənlərin sayında isə 3 faiz artım olub. Cari ilin ilk 7 ayı ərzində İranda evlənənlərin sayı 515 860 nəfər təşkil edib.

Boşanma halları əsasən 30 yaşdan aşağı gənc ailələr arasında baş verib. Boşanan qadınlar əsasən 20-24, kişilər isə 25-29 yaşlarında olublar.

Xəbər lenti

Xəbər lenti