Azərbaycan, Bakı, 28 dekabr / Trend, müxbir K.Zərbalıyeva/
Sabah Bakıda hava dəyişkən buludlu olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, dekabrın 29-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, axşam buludluluğun artacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3-6, gündüz 6-10 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında isə sabah hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi yerlərdə duman olacağı, cənub və şərq rayonlarında çiskinli olacağı proqnozlaşdırılır. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti təşkil edəcək.
Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 12-17 dərəcə şaxta olacağı gözlənilir.
Yaxın 2 gündə ölkə ərazisinin hava şəraitində mühüm dəyişiklik gözlənilmir. Əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi, bəzi şərq rayonlarında isə çiskinli olacağı gözlənilir.