...

Ermənistanda qadınların sayı kişilərdən üç faiz çoxdur, uşaqların sayı isə azalır

Cəmiyyət Materials 4 Yanvar 2012 12:17 (UTC +04:00)
Ermənistanda qadınların sayı kişilərdən üç faiz çoxdur.
Ermənistanda qadınların sayı kişilərdən üç faiz çoxdur, uşaqların sayı isə azalır

Azərbaycan, Bakı, 4 yanvar /Trend/

Ermənistanda qadınların sayı kişilərdən üç faiz çoxdur. Trend-in çərşənbə günü "News.am"a istinadən verdiyi məlumata görə, bu barədə Ermənistanın Milli Statistika Xidmətinin məlumatında deyilir. Şəhər və kənd əhalisinin nisbəti 2009-2010-cu illər səviyyəsində qalıb. Belə ki, bu göstərici müvafiq olaraq, 64 faiz və 36 faiz təşkil edir.

Ermənistanda kişilər əhalinin 48,5 faizini, qadınlar isə 51,5 faizini təşkil edir. Kişilərin orta yaş həddi 33,3, qadınlarda isə 36,7-dir. 1990-cı ildə əhalinin 32,2 faizini təşkil edən 15 yaşınadək olan uşaqlar 2011-ci ilin əvvəlində 19,6 faiz olub. 1990-cı ildə əhalinin 59,7 faizini təşkil edən əməkqabiliyyətli əhalinin xüsusi çəkisi 2011-ci ilin əvvəlində 68,9 faiz olub. Əməkqabiliyyətli yaşdan yuxarı vətəndaşların payı (1990-cı ildə 8,1 faiz olub) hazırda 11,5 faiz təşkil edir.

1000 əməkqabiliyyətli vətəndaşa 452 uşaq və pensiyaçı düşür. 2010-cu ilin əvvəlində bu göstərici 456 olub.

Əhalinin 34,4 faizi paytaxt Yerevanda yaşayır. Ararat, Armavir, Lori, Kotayk və Şirak bölgələrində müvafiq olaraq, 8,6 faiz və 8,7 faiz, Qeqarkunikdə 7,4 faiz, Araqatsotn - Syunik və Tavuşda 4,1 və 4,7 faiz, Vayots Dzor bölgəsində isə 1,7 faiz əhali yaşayır.

Xəbər lenti

Xəbər lenti