...

ARDNŞ-nin bağça və mədəniyyət sarayları müvafiq icra orqanlarına verilib

Cəmiyyət Materials 10 Yanvar 2012 18:14 (UTC +04:00)
ARDNŞ-nin Sosial İnkişaf İdarəsinin Məktəbəqədər Təhsil Departamentinin tabeliyində olan məktəbəqədər tərbiyə müəssisələri onlara aid daşınmaz və daşınar əmlakla birlikdə Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilib.
ARDNŞ-nin bağça və mədəniyyət sarayları müvafiq icra orqanlarına verilib

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Sosial İnkişaf İdarəsinin Məktəbəqədər Təhsil Departamentinin tabeliyində olan məktəbəqədər tərbiyə müəssisələri onlara aid daşınmaz və daşınar əmlakla birlikdə Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilib.

Sosial İnkişaf İdarəsindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, bununla bağlı Nazirlər Kabineti müvafiq sərəncam verib. Bu addım ARDNŞ-nin istehsal məsrəflərinin azaldılması və maliyyə göstəricilərinin yaxşılaşdırılması istiqamətində atılan addımlardan biridir.

Bununla yanaşı, Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətləri Departamentinin (Sİİ MKXD) balansında olan, Səhiyyə Nazirliyinin aidiyyəti struktur bölmələrinin istifadəsinə verilmiş qeyri-yaşayış sahələri (təcili tibbi yardım stansiyaları, feldşer mərkəzləri və s.) Səhiyyə Nazirliyinin tabeliyinə verilib.

İdarənin Mədəniyyət və İstirahət İşləri Departamentinin balansında olan mədəniyyət sarayları isə Mədəniyyət və Turizm Nazirliyinin balansına keçib.

Xəbər lenti

Xəbər lenti