...

Budapeştdə Dağlıq Qarabağdan olan məcburi köçkün uşaqların çəkdikləri fotoşəkillərdən ibarət sərgi keçirilib (FOTO)

Cəmiyyət Materials 13 Yanvar 2012 16:32 (UTC +04:00)
Budapeştdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən olan məcburi köçkün uşaqların çəkdikləri fotoşəkillərdən ibarət sərgi keçirilib.
Budapeştdə Dağlıq Qarabağdan olan məcburi köçkün uşaqların çəkdikləri fotoşəkillərdən ibarət sərgi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 13 yanvar /Trend/

Budapeştdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən olan məcburi köçkün uşaqların çəkdikləri fotoşəkillərdən ibarət sərgi keçirilib.

Azərbaycanın Macarıstandakı səfirliyindən cümə günü Trend-ə verilən məlumata görə, bu sərgi Macar Könüllülər Fondu tərəfindən 4 ölkədən 8 könüllünün iştirakı ilə həyata keçirilən layihənin yekunu olub.

Macarıstan, Fransa, Niderland və Polşadan olan könüllülər Azərbaycana gələrək qaçqın düşərgələrində məskunlaşan uşaqlara fotoaparatlar paylayaraq şəkillərin çəkilməsini, həmçinin onların "Sənin arzun nədir?" mövzusunda inşa yazmasını təşkil edib. Bu inşalar sərgidə Azərbaycan, ingilis və macar dillərində nümayiş etdirilib. SOS uşaq kəndlərinin dəstəyi ilə həyata keçirilən layihənin əsas məqsədi azərbaycanlı qaçqın və məcburi köçkünlərin həyatı və istəklərinə uşaqların gözü ilə baxılması olub.

Sərginin açılışında çıxış edən, layihənin macarıstanlı könüllüləri Annamaria Daroczi və Gabor Jeszenoi Azərbaycan və qaçqın düşərgələrində uşaqlar haqqında təəssüratlarını bölüşüblər. Tədbirdə, həmçinin, məcburi köçkün ailəsindən olan 11 yaşlı Elgünün vətənpərvərlik mövzusunda yazdığı inşa macar dilində iştirakçılar üçün oxunub.

Xəbər lenti

Xəbər lenti