...

2011-ci ildə dünyada 980 milyon insan səyahət edib

Cəmiyyət Materials 16 Yanvar 2012 20:44 (UTC +04:00)
Mərkəzi ofisi İspaniyanın paytaxtı Madrid şəhərində yerləşən Ümumdünya Turizm Təşkilatının (ÜTT) məlumatına görə, 2011-ci ildə dünyada 980 milyon insan səyahət edib.
2011-ci ildə dünyada 980 milyon insan səyahət edib

Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir M.Salmanov/

Mərkəzi ofisi İspaniyanın paytaxtı Madrid şəhərində yerləşən Ümumdünya Turizm Təşkilatının (ÜTT) məlumatına görə, 2011-ci ildə dünyada 980 milyon insan səyahət edib. Bu barədə bazar ertəsi Trend Türkiyənin "Zaman" qəzetinə istinadən məlumat verir.

ÜTT-nın məlumatına əsasən, 2010-cu illə müqayisədə ötən il dünya üzrə səyahət edən turistlərin sayı 4 faiz artıb. 2010-cu ildə bu göstərici 939 milyon turist təşkil edib. 2012-ci ildə bu rəqəmin 1 milyarda çatacağı gözlənilir.

2011-ci ildə turist sayının ən çox artdığı bölgələr Cənubi Amerika (10 faiz artım), Avropa (6 faiz), Asiya və Sakit okean hövzəsi (hərəyə 4 faiz) olub.

Ötən il "Ərəb baharı"nın baş verdiyi Afrikanın şimal ölkələrində turist sayı isə əksinə, 12 faiz azalıb. Yaxın Şərq regionunda da 8 faiz azalma qeydə alınıb.

ÜTT-nin baş katibi Taleb Rifainin sözlərinə görə, turizm sektoru dünyadakı ümumi daxili məhsulun 5 faizini təşkil edir. "Turizm sektoru istər inkişaf etmiş, istərsə də inkişaf etməkdə olan ölkələrdə hər 12 nəfərdən birini işlə təmin edir", - o deyib.

Təşkilatın hesablamalarına görə, 2030-cu ildə dünyada 1 milyard 800 milyon insan səyahət edəcək.

Xəbər lenti

Xəbər lenti