...

"Eurovision 2012"-də iştirak edəcək ölkələrin siyahısı açıqlanıb

Cəmiyyət Materials 17 Yanvar 2012 17:04 (UTC +04:00)
2012-ci ilin may ayında Bakıda keçiriləcək 57-ci "Eurovision" mahnı müsabiqəsində iştirak etmək üçün 43 ölkə müraciət edib.
"Eurovision 2012"-də iştirak edəcək ölkələrin siyahısı açıqlanıb

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir İ.İsabalayeva/

2012-ci ilin may ayında Bakıda keçiriləcək 57-ci "Eurovision" mahnı müsabiqəsində iştirak etmək üçün 43 ölkə müraciət edib.

İctimai Televiziyadan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, bunların sırasında müsabiqəyə ötən il qayıtmış İtaliya, Macarıstan, Avstriya da var. "Eurovision" mahnı müsabiqəsində son 3 ildə iştirak etməyən Monteneqro da builki yarışmaya qatılıb. Bununla da "Eurovision" mahnı müsabiqəsində iştirak edən ölkələrin sayı 2008 və 2011-ci illərdəki rekordu təkrarlayıb.

"Eurovision 2012" mahnı müsabiqəsində iştirak edəcək ölkələrin siyahısı:

1. Albaniya
2. Ermənistan
3. Avstriya
4. Azərbaycan
5. Belarus
6. Belçika
7. Bosniya və Herseqovina
8. Bolqarıstan
9. Xorvatiya
10. Kipr
11. Danimarka
12. Estoniya
13. Finlandiya
14. Fransa
15. Makedoniya
16. Gürcüstan
17. Almaniya
18. Yunanıstan
19. Macarıstan
20. İslandiya
21. İrlandiya
22. İsrail
23. İtaliya
24. Latviya
25. Litva
26. Malta
27. Moldova
28. Monteneqro
29. Niderland
30. Norveç
31. Portuqaliya
32. Rumıniya
33. Rusiya
34. San Marino
35. Serbiya
36. Slovakiya
37. Sloveniya
38. İspaniya
39. İsveç
40. İsveçrə
41. Türkiyə
42. Ukrayna
43. Böyük Britaniya

İctimai Televiziyadan bildirilib ki, Polşanın ictimai yayımçısı TVP Avropanın bu məşhur televiziya şousuna bu il qatılmayacağına qərar verib.

"Eurovision" mahnı müsabiqəsinin baş prodüseri Yan Ola Sandın sözlərinə görə, Polşanın builki müsabiqəyə qatılmaması 2012-ci il futbol üzrə Avropa çempionatına ev sahibliyi etməsi ilə bağlı təşkilatçı yayımçı TVP-nin işinin gərginliyi ilə əlaqədardır.

O, 2012-ci ildə müsabiqədə yenidən 40-dan artıq ölkənin iştirak etməsindən məmnun qaldığını deyib.

Sand qeyd edib ki, adları sadalanan ölkələr may ayında Azərbaycanı və onun xalqını daha yaxından tanımaq və dünyanın ən möhtəşəm şousunun bir hissəsi olmaq üçün Bakıda toplaşacaqlar.

Xəbər lenti

Xəbər lenti