...

İranda Barbi gəlincikləri satan dükanlar bağlanır

Cəmiyyət Materials 21 Yanvar 2012 10:03 (UTC +04:00)
İran polisi ölkənin paytaxtı Tehranda oyuncaq və dərs vəsaiti satan dükanlarda yoxlamalara başlayıb.
İranda Barbi gəlincikləri satan dükanlar bağlanır

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir T.Cəfərov/

İran polisi ölkənin paytaxtı Tehranda oyuncaq və dərs vəsaiti satan dükanlarda yoxlamalara başlayıb.

Yoxlamalar zamanı Barbi gəlincikləri və üzərində Barbi gəlinciklərinin şəkilləri olan digər məhsullar həmin mağazalardan yığışdırılır. Trend-in məlumatına görə, bu barədə İLNA xəbər agenltiyi məlumat verir.

Polis Barbi gəlinciklərinin pozğunluğu təbliğ etdiyini bildirib və xəbərdarlıq edib ki, pozğunluğu təbliğ edən oyuncaqları satan dükanlar qanunu pozurlar və həmin dükanlar qanunu pozarlarsa bağlanılacaqlar.

Xəbər lenti

Xəbər lenti