...

Azərbaycan jurnalistləri fransız həmkarlarına müraciət etdi

Cəmiyyət Materials 25 Yanvar 2012 17:41 (UTC +04:00)
Azərbaycanın Parlament Jurnalistlər Birliyi Fransa Senatında qondarma "erməni soyqırımı"nın inkarına görə cəza nəzərdə tutan qanunla bağlı Fransa jurnalistlərinə müraciət göndərib.
Azərbaycan jurnalistləri fransız həmkarlarına müraciət etdi

Azərbaycan, Bakı, 25 yanvar /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Parlament Jurnalistlər Birliyi Fransa Senatında qondarma "erməni soyqırımı"nın inkarına görə cəza nəzərdə tutan qanunla bağlı Fransa jurnalistlərinə müraciət göndərib. Trend-in məlumatına görə, bu barədə çrəşənbə günü PJB məlumat yayıb.

Məlumata görə, müraciətin məqsədi Prezident Nikola Sarkozi tərəfindən söz azadlığına qarşı sənədin imzalanmasına etiraz etmək üçün bu ölkədə fəaliyyət göstərən jurnalist birliklərinin və ayrı-ayrı kütləvi informasiya vasitələrinin nümayəndələrinin həmrəyliyinə nail olmaqdır.

"Senatda qəbul olunan bu qanun ilk növbədə Fransa vətəndaşlarının fikirlərini sərbəst ifadə etmək azadlığına qarşıdır. Senatda və Fransa cəmiyyətində qondarma "erməni soyqırımı" ilə bağlı gündəmə gələn bu məsələnin kifayət qədər əleyhdarları var. Bundan başqa, Fransa indiyədək dünyanın ən demokratik, söz azadlığına məhdudiyyətlərin mövcud olmadığı ölkə kimi tanınıb. Deməli, Senatda qəbul olunan bu qanun ilk növbədə Fransada söz azadlığını məhdudlaşdıracaq", - müraciətdə qeyd olunub.

PJB Azərbaycan jurnalistlərinin də yaxın günlərdə fikir azadlığının məhdudlaşdırılmasına etiraz olaraq Fransanın Azərbaycandakı səfirliyi qarşısında ayrıca etiraz aksiyası keçirməsi təşəbbüsü ilə çıxış edəcək.

Yanvarın 23-də Fransa Senatı təxminən səkkiz saatlıq müzakirələrdən sonra qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətinin tətbiqi barədə qanun layihəsini qəbul edib. Qanun layihəsinin lehinə 127, əleyhinə isə 86 senator səs verib.

Fransa Senatının alt palatası keçən il dekabrın 22-də qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini qəbul edib.

Fransa parlamentinin 577 deputatından səsvermədə 45-i iştirak edib. Bu 45 deputatdan 38-i lehinə, 7-si isə əleyhinə səs verib.

Qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.

Fransada parlament çoxluğunu təşkil edən Xalq Hərəkatı Naminə Birlik Partiyasından (UMP) olan deputatlar Milli Yığıncağın qanunvericilik komissiyasına qanun layihəsini təqdim etmişdilər.

Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırım"ı tanıyıblar.

Xəbər lenti

Xəbər lenti