...

Sabiq hərbi komissarın məhkəmə prosesi hava şəraiti ilə əlaqədar təxirə salınıb

Cəmiyyət Materials 3 Fevral 2012 12:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Bakının Suraxanı rayonunun sabiq hərbi komissarı və onun rəhbərlik etdiyi dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi hava şəraiti ilə əlaqədar təxirə salınıb.

Bakı Hərbi Məhkəməsindən Trend-ə verilən məlumata görə, təqsirləndirilən şəxslərin bəzilərinin vəkilləri hava şəraiti ilə əlaqədar prosesə gələ bilməyiblər və məhkəmə prosesi qeyri-müəyən vaxtadək təxirə salınıb.

Bu cinayət işi üzrə Suraxanı rayonunun sabiq hərbi komissarı Təvəkkül Ağayev, hərbi komissarlığın 2-ci bölməsinin rəisi Murad İbrahimov, 4-cü bölmənin sabiq rəisi Tale İbrahimov, 2-ci bölmənin müfəttişi Mərbud Məmmədov, Hərbi həkim komissiyasının sədri Aslan Əliyev və vətəndaş Boris Abbasov təqsirləndirilirlər.

İttiham aktına görə, hərbi komissar işlədiyi müddətdə rüşvət alaraq bir qrup çağırışçıya hərbi xidmətə çağırışdan möhlət verilməsi və TQDK-ya təqdim etmək barədə arayış verib, bəzi çağırışçıların hərbi xidmətə yararsız hesab edilməsi, hərbi xidmətə yararsız olan çağırışçıların hərbi xidmətə göndərilməsi barədə qanunsuz qərarlar qəbul edib.

Sabiq hərbi komissar Cinayət Məcəlləsinin rüşvət alma (311.3.1, 311.3.2, 311.3.3-cü), vəzifə saxtakarlığı (313-cü), hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə (341.2.1-ci) maddələri ilə ittiham olunur.

Xəbər lenti

Xəbər lenti