...

Azərbaycanda müəllimlərin işə qəbulu ilə bağlı müsabiqələrin keçirilməsi üçün yeni mərkəz yaradılacaq

Cəmiyyət Materials 4 Fevral 2012 12:18 (UTC +04:00)
Azərbaycanda müəllimlərin işə qəbulu üzrə müsabiqələrin keçirilməsi məqsədilə müasir infrastruktura malik Kadr Təminatı və Təlim Mərkəzinin yaradılması nəzərdə tutulur.
Azərbaycanda müəllimlərin işə qəbulu ilə bağlı müsabiqələrin keçirilməsi üçün yeni mərkəz yaradılacaq

Azərbaycan, Bakı, 4 fevral /Trend müxbir İ.İsabalayeva/

Azərbaycanda müəllimlərin işə qəbulu üzrə müsabiqələrin keçirilməsi məqsədilə müasir infrastruktura malik Kadr Təminatı və Təlim Mərkəzinin yaradılması nəzərdə tutulur.

Təhsil Nazirliyindən şənbə günü Trend-ə verilən məlumata görə, 2011-2012-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrində vakant yerlərə müəllimlərin işə qəbulu üzrə müsabiqənin yekunlarının təhlili nəticəsində bir sıra vəzifələrin həyata keçirilməsi zəruri hesab edilib. Bu məqsədlə Təhsil Problemləri İnstitutu ilə birgə şagird kontingenti az olan məktəblərin kadr təminatının təhlil edilməsi və qoşaixtisaslı müəllimlərin hazırlanması üçün məqsədli yenidənhazırlanma təhsilinin təşkilinə, tələbat nəzərə alınmaqla qoşaixtisaslı müəllim kadrlarının hazırlanması üçün ali təhsilin maarif istiqaməti üzrə ixtisas siyahısına əlavələr edilməsinə dair təkliflər hazırlanacaq.

Bununla yanaşı, orta ixtisas təhsili bazasında az tələbat olan ixtisaslar üzrə pedaqoji kadr hazırlığının zəruri olub-olmamasının təhlili aparılıb təkliflər hazırlanacaq, "Müəllimlərin işə qəbulu üzrə Qaydalar" qeydiyyatdan keçirilmək üçün Ədliyyə Nazirliyinə təqdim ediləcək.

Eyni zamanda, müəllimlərin işə qəbulunun elektron proqram təminatının təkmilləşdirilməsi nəzərdə tutulub. Bunun üçün ali və orta ixtisas təhsili müəssisələrini müsabiqə keçirilən ildə bitirənlərin təhsil sənədləri haqqında informasiya məlumat bazasının proqram təminatına daxil edilməli, müsabiqədə iştirak üçün elektron ərizədəki "şəxsiyyət vəsiqəsinin nömrəsi"nin Daxili İşlər Nazirliyinin məlumat bazasına qoşulmalı, proqram təminatına daha iki modul- "Müsabiqədən sonra vakant qalan yerlərə təkrar elektron ərizə qəbulu modulu" və "Vakant qalan yerlərə əlavə yerləşdirmə modulu" əlavə edilməlidir.

Xəbər lenti

Xəbər lenti