...

Azərbaycanın Yol Polisi sürücülərə müraciət edir

Cəmiyyət Materials 7 Fevral 2012 09:29 (UTC +04:00)
Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Trend-ə bildirib ki, hidrometeoroloqlar temperaturun kəskin aşağı düşməsi nəticəsində yolların buz bağlayacağı və çovgun olacağı barədə əhaliyə xəbərdarlıq edib.
Azərbaycanın Yol Polisi sürücülərə müraciət edir

Azərbaycan, Bakı, 7 fevral / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycanın Yol Polisi sürücülərə müraciət edib.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Trend-ə bildirib ki, hidrometeoroloqlar temperaturun kəskin aşağı düşməsi nəticəsində yolların buz bağlayacağı və çovgun olacağı barədə əhaliyə xəbərdarlıq edib.

Şöbə rəisi yolların buz bağlayacağını nəzərə alaraq axşam və səhər saatlarında yola çıxarkən son dərəcə diqqətli olmağa çağırıb.

İdarə şaxtalı havalarda nəqliyyat vasitələrini idarəetmə təcrübəsi olmayan sürücülərə şəxsi nəqliyyat vasitələrindən az istifadə etmələrini tövsiyə edir.

Əliyev buzlu yollarda zənciri, mövsümi qış təkərləri və hər iki oxu aparıcı olan avtomobillərin hərəkətini məsləhət görür.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi, qar yağacağı gözlənilir. Çovğun olacağı ehtimalı var. Yollar buz bağlayacaq.

Xəbər lenti

Xəbər lenti