...

Bakının beynəlxalq aeroportunun işində problem gözlənilmir

Cəmiyyət Materials 7 Fevral 2012 10:50 (UTC +04:00)
Hava şəraitinin pisləşməsinə baxmayaraq gün ərzində Bakının Heydər Əliyev Beynəlxalq Hava Limanının fəaliyyətində problemlər gözlənilmir.
Bakının beynəlxalq aeroportunun işində problem gözlənilmir

Azərbaycan, Bakı, 7 fevral / Trend, müxbir E.İsmayılov/

Hava şəraitinin pisləşməsinə baxmayaraq gün ərzində Bakının Heydər Əliyev Beynəlxalq Hava Limanının fəaliyyətində problemlər gözlənilmir. Bu barədə çərşənbə axşamı Trend-ə aeroportdan bildirilib.

Deyilib ki, hazırda təyyarələrin yola salınması və qəbulu normal rejimdə həyata keçirilir.

"Günün ikinci yarısında da vəziyyətin normal olacağı gözlənilir", - aeroportda qeyd edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi, qar yağacağı gözlənilir. Bu gecə və sabah gün ərzində çovğun olacağı ehtimalı var. Yollar buz bağlayacaq. Kəskin hava şəraitinin fevralın 9-u səhərə qədər davam edəcəyi proqnozlaşdırılır.

Xəbər lenti

Xəbər lenti