...

Azərbaycan ərazisində növbəti üç günün hava proqnozu açıqlanıb

Cəmiyyət Materials 22 Fevral 2012 11:32 (UTC +04:00)
Növbəti üç gündə Azərbaycanda nisbətən isti və mülayim hava şəraiti hökm sürəcək.
Azərbaycan ərazisində növbəti üç günün hava proqnozu açıqlanıb

Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir İ.İsabalayeva/

Növbəti üç gündə Azərbaycanda nisbətən isti və mülayim hava şəraiti hökm sürəcək. Bunu çərşənbə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva deyib.

Tağıyeva bildirib ki, fevralın 23, 24, və 25-də Azərbaycanın əksər ərazilərində yağmursuz hava şəraiti proqnozlaşdırılır. Yalnız fevralın 23-də bəzi rayonlarda az çiskin gözlənilir.

Bakıda və Abşeron yarımadasında növbəti üç gündə günorta saatlarında 4-8 dərəcə isti, gecə isə 0-2 dərəcə isti olacaq.

Aran rayonlarında gecə mənfi 2 dərəcədən 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti gözlənilir gözlənilir.

Dağlıq rayonlarda gecə 5-10 dərəcə şaxta, gündüz isə 0-5 dərəcə isti olacaq.

Tağıyevanın sözlərinə görə, fevralın 23 və 25-i gündüz saatlarında Bakıda və Abşeron yarımadasında nisbətən güclü cənub küləyi əsəcək.

Xəbər lenti

Xəbər lenti