Azərbaycan, Bakı, 1 mart / Trend müxbir İ.İsabalayeva/
Azərbaycan Milli Elmlər Akademiyasına üzvlüyə seçkilərlə əlaqədar AMEA bölmələrinin ekspert komissiyalarının tərkibi təsdiqlənib.
Trend-in cümə axşamı AMEA-nın rəsmi saytına istinadən verdyi məlumata görə, AMEA Rəyasət Heyəti "AMEA üzvlərinin və onun rəhbər orqanlarının seçkiləri haqqında Əsasnamə"nin 13-cü bəndinə müvafiq olaraq AMEA üzvlüyünə seçkilərlə əlaqədar AMEA bölmələrinin ekspert komissiyalarının təsdiq edilməsi haqqında qərar qəbul edib.
Qərara əsasən, elmi bölmələr tərəfindən qaldırılmış vəsatətlər qəbul edilib və bölmələrin ekspert komissiyalarının tərkibi AMEA Fizika-riyaziyyat və texnika elmləri bölməsi üzrə - akademiklər Arif Həşimov (sədr), Telman Əliyev, Çingiz Qacar, Kimya elmləri bölməsi üzrə - akademiklər Vaqif Fərzəliyev (sədr), Ağadadaş Əliyev, Məhərrəm Məmmədyarov, Yer elmləri bölməsi üzrə - akademiklər Akif Əlizadə (sədr), İbrahim Quliyev, Budaq Budaqov, Biologiya elmləri bölməsi üzrə - akademiklər Cəlal Əliyev (sədr), Böyükkişi Ağayev, Məmməd Salmanov, Humanitar və ictimai elmlər bölməsi üzrə - akademiklər Nailə Vəlixanlı (sədr), Ömər Eldarov, Teymur Bünyadov, Aqrar elmlər bölməsi üzrə - akademiklər Seyfəddin Əliyev (sədr), Siddiqə Məmmədova, Urxan Ələkbərov olmaqla təsdiqlənib.
Qeyd edək ki, AMEA Rəyasət Heyəti bır sıra ixtisaslar üzrə AMEA həqiqi üzvlərinin (akademiklərin) və müxbir üzvlərinin vakant yerlərinə seçkilər keçirəcək. Vakant həqiqi üzvlüyə 10, müxbir üzvlüyə isə 30 elmi işçi seçiləcək.