...

Yunus Oğuzun romanı Moskvada rus dilində nəşr olunub

Cəmiyyət Materials 1 Mart 2012 20:15 (UTC +04:00)
Yunus Oğuzun böyük türk sərkərdəsi, fateh Əmir Teymurdan bəhs edən "Əmir Teymur - Zirvəyə doğru" tarixi romanı Rusiyanın paytaxtı Moskva şəhərində rus dilində nəşr olunub.
Yunus Oğuzun romanı Moskvada rus dilində nəşr olunub

Azərbaycan, Bakı, 1 mart /Trend/

Tarixçi-alim, türkoloq, tarixi romanlar müəllifi Yunus Oğuzun böyük türk sərkərdəsi, fateh Əmir Teymurdan bəhs edən "Əmir Teymur - Zirvəyə doğru" tarixi romanı Rusiyanın paytaxtı Moskva şəhərində rus dilində nəşr olunub.

Martın 12-də Rusiya paytaxtında, Moskva Milli Kitab Evində kitabın təqdimat mərasimi keçiriləcək.

Qeyd edək ki, tarixi romanda böyük cahangirin hakimiyyətə gəlməsi, igid türk qəbilələrini birləşdirməsi və Hindistana yürüşü əks olunur. Yazıçı Əmir Teymuru türk dünyasının birləşməsi, türk sərhədlərinin genişlənməsi üçün fəaliyyət göstərən bacarıqlı sərkərdə, təcrübəli diplomat və dövlət xadimi kimi xarakterizə edir.

Xəbər lenti

Xəbər lenti