...

Zakir Həsənov: Daxili Qoşunların silah-sursatı, xüsusi avadanlığı Avropa dövlətlərində istifadə olunanlarla eyni səviyyədədir

Cəmiyyət Materials 7 Mart 2012 16:38 (UTC +04:00)
Daxili Qoşunların istifadəsində olan silah-sursat, xüsusi avadanlıq aparıcı Avropa dövlətlərində istifadə olunanlarla eyni səviyyədədir.
Zakir Həsənov: Daxili Qoşunların silah-sursatı, xüsusi avadanlığı Avropa dövlətlərində istifadə olunanlarla eyni səviyyədədir

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir K.Zərbalıyeva/

Daxili Qoşunların istifadəsində olan silah-sursat, xüsusi avadanlıq aparıcı Avropa dövlətlərində istifadə olunanlarla eyni səviyyədədir. Bu gün daxili qoşunların xidməti döyüş fəaliyyəti, şəxsi heyətin peşəkarlığı yüksək səviyyədədir. Trend-in məlumatına görə, bunu Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının komandanı Zakir Həsənov çərşənbə günü keçirdiyi mətbuat konfransında deyib.

"Xarici ölkələrdən, beynəlxalq təşkilatlardan gələnlər bizim Daxili Qoşunların döyüş fəaliyyətini, sosial texniki bazasını yüksək qiymətləndirirlər. Azərbaycanın Daxili Qoşunları inkişaf edir, nizam-intizam, mənəvi-psixoloji durum yüksək səviyyədədir. Daxili Qoşunların zabitləri, əsgərləri arasında münasibətlər yüksək səviyyədədir", - Həsənov əlavə edib.

Onun sözlərinə görə, DQ-nin hərbi şəhərcikləri Avropa standartlarına uyğun səviyyədədir.

"Əsgərlərin xidməti üçün bütün əlverişli şərait yaradılıb. Təhsil sistemimiz Avropa dövlətlərinin təhsl sistemi ilə eynidir, NATO standartlarına uyğun olaraq təşkil edilib", - o deyib.

Həsənovun sözlərinə görə, döyüş əməliyyatları aparılan dövrdə DQ-nin şəxsi heyətindən 496 nəfər həlak olub, 1166 nəfər yaralanıb, 268 nəfər itkin düşüb.

12 mart - Azərbaycan Daxili Qoşunlarının yaranması günüdür.

Xəbər lenti

Xəbər lenti