...

Kanadada Novruz bayramı ilə əlaqədar tədbir keçirilib

Cəmiyyət Materials 14 Mart 2012 18:56 (UTC +04:00)
Azərbaycanın Kanadadakı səfirliyi Novruz bayramı ilə əlaqədar bu ölkənin Ottava şəhərində yaşayan Azərbaycan icması ilə birlikdə tədbir keçirib.
Kanadada Novruz bayramı ilə əlaqədar tədbir keçirilib

Azərbaycan, Bakı, 14 mart /Trend/

Azərbaycanın Kanadadakı səfirliyi Novruz bayramı ilə əlaqədar bu ölkənin Ottava şəhərində yaşayan Azərbaycan icması ilə birlikdə tədbir keçirib.

Səfirlikdən çərşənbə günü Trend-ə verilən məlumata görə, tədbirdə çıxış edən səfir Fərid Şəfiyev Novruz bayramı münasibətilə həmvətənlərimizi təbrik edib və Azərbaycan xalqının minilliklər boyu qoruyub saxladığı mənəvi sərvəti - Novruz bayramının əhəmiyyəti barədə tədbir iştirakçılarına məlumat verib.

Həmçinin, Ottavada fəaliyyət göstərən "Qarabağ" adlı Azərbaycan dili məktəbinin şagirdləri konsert proqramı ilə çıxış ediblər.

Tədbir zamanı Novruz bayramı üçün xarakterik olan Azərbaycan mətbəxinin inciləri, bayram xonçaları və s. nümayiş etdirilib.

Xəbər lenti

Xəbər lenti