...

Azərbaycanda imzalanan 51 əfv sərəncamı ilə 5376 məhkum azadlığa buraxılıb

Cəmiyyət Materials 16 Mart 2012 11:40 (UTC +04:00)
Azərbaycanda imzalanan 51 əfv sərəncamı ilə 5376 məhkum azadlığa buraxılıb.
Azərbaycanda imzalanan 51 əfv sərəncamı ilə 5376 məhkum azadlığa buraxılıb

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda imzalanan 51 əfv sərəncamı ilə 5376 məhkum azadlığa buraxılıb. Trend-in məlumatına görə, bunu cümə günü ombudsman Elmira Süleymanova 6 saylı cəzaçəkmə müəssisəsində əfv sərəncamının icrası ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı deyib.

Süleymanova deyib ki, Ombudsman Aparatının fəaliyyət göstərdiyi 10 ildə ombudsmanın vəsatəti ilə 367 nəfər əfv olunub. Son əfv olunan 62 nəfərdən 16-sı ombudsmanın vəsatəti ilə azadlığa buraxılıb.

Son əfv sərəncamı ilə 6 saylı cəzacəkmə müəssisəsində 5 nəfər əfv edilib.

Qeyd edək ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti bu gün Azərbaycan Prezidenti İlham Əliyevin cümə axşamı imzaladığı əfv haqqında sərəncamın icrasına başlayıb.

KIV və ictimaiyyət nümayəndələrinin iştirakı ilə bu gün PX-nin cəzaçəkmə müəssisələrində əfv edilən məhbusların buraxılmasına başlanılıb.

Prezident İlham Əliyevin Novruz bayramı ilə əlaqədar imzaladığı əfv sərəncamı ümumilikdə 62 nəfərə şamil edilib. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş ümumilikdə 55 nəfər cəzanın çəkilməmiş hissəsindən, 6 nəfər cərimə cəzasından, 1 nəfər isə islah işlərindən azad edilib.

Əfv olunanlar arasında əcnəbi vətəndaşlar və qadınlar da var.

Xəbər lenti

Xəbər lenti