...

Azərbaycan Mətbuat Şurasının sədri Gürcüstanda regional media toplantısına qatılacaq

Cəmiyyət Materials 19 Mart 2012 18:44 (UTC +04:00)
Mətbuat Şurasının sədri Əflatun Amaşov postsovet məkanı ölkələrinin medianın özünütənzimləməsi ilə bağlı qurumlarının Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək regional görüşünə qatılacaq.
Azərbaycan Mətbuat Şurasının sədri Gürcüstanda regional media toplantısına qatılacaq

Azərbaycan, Bakı, 19 mart /Trend/

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov postsovet məkanı ölkələrinin medianın özünütənzimləməsi ilə bağlı qurumlarının Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək regional görüşünə qatılacaq.

Şuradan bazaar ertəsi Trend-ə verilən məlumata görə, martın 22-23-də baş tutacaq toplantıda təşkilatçılarla yanaşı, Rusiya, Ukrayna, Azərbaycan, Moldova və Ermənistandan nümayəndələr olacaqlar.

Qeyd edək ki, Avropa İttifaqının və Avropa Şurasının Cənubi Qafqazda və Moldovada söz və mətbuat azadlığının, plüralizmin və jurnalist peşəkarlığının artırılmasına yönələn layihəsi çərçivəsində ötən il vahid şəbəkə formalaşdırılıb. Görüşdə müzakirə olunacaq başlıca məsələ həmin şəbəkənin fəaliyyətinin nəzərdən keçirilməsidir. Tədbirdə qurumun Baş Assambleyasının, eləcə də Katibliyinin təşkili formaları da müəyyənləşdiriləcək.

Görüş çərçivəsində, həmçinin iştirakçı ölkələrin təmsilçilərinin hər birinin özünütənzimləmənin yerli təcrübəsinə dair məruzəsi dinləniləcək. Jurnalist etikası və regionda jurnalistlərin peşə fəaliyyəti ilə bağlı tendensiyalar ətrafında fikir mübadiləsi aparılacaq.

Onu da deyək ki, regional media toplantısında Əflatun Amaşovla yanaşı, ölkəmizdən Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli də iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti