...

Bu gecə Azərbaycan yay vaxtına keçir

Cəmiyyət Materials 24 Mart 2012 10:43 (UTC +04:00)
Trend-in məlumatına görə, martın 24-dən 25-nə keçən gecə - saat 04:00-da Azərbaycanda saatların əqrəbi bir saat irəli çəkiləcək.
Bu gecə Azərbaycan yay vaxtına keçir

Azərbaycan, Bakı, 24 mart /Trend/

Bu gecə Azərbaycan yay vaxtına keçir.

Trend-in məlumatına görə, martın 24-dən 25-nə keçən gecə - saat 04:00-da Azərbaycanda saatların əqrəbi bir saat irəli çəkiləcək.

Azərbaycanda yay vaxtına keçid Nazirlər Kabinetinin qərarı əsasında 17 mart 1997-ci ildən həyata keçirilir. Nazirlər Kabinetinin qərarına əsasən, martın son bazar gününə keçən gecə Azərbaycan yay vaxtına keçir və saatlar bir saat qabağa çəkilir, oktyabrın son bazar gününə keçən gecə isə qış vaxtına keçir və saatlar bir saat geri çəkilir.

Bu qərarın həyata keçirilməsinə Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi nəzarət edir.

Xəbər lenti

Xəbər lenti